Romada uçan tarixi tikilinin dağıntıları altında qalan işçi xilas edilib
Digər ölkələr
- 04 noyabr, 2025
- 03:06
İtaliyanın paytaxtı Romanın İmperator Forumundakı "Torre dei Konti" adlı tarixi tikilinin bir hissəsinin uçması nəticəsində dağıntılar altında qalan işçi xilasedicilər tərəfindən sağ çıxarılıb.
"Report"un ANSA agentliyinə istinadən verdiyi məlumata görə, 66 yaşlı kişi 10 saatdan çox vaxt keçdikdən sonra dağıntılar altından çıxarılaraq təcili tibbi yardım maşını ilə aparılıb.
IX əsrin əvvəllərində inşa edilən tikilinin bir hissəsi təmir-bərpa işləri aparılan zaman uçub. Lakin çökmə nəticəsində yaranan toz kənara yayılıb və prospekt də piyadaların gedişi üçün bağlanıb.
Hadisə baş verən zaman ərazidə yalnız rekonstruksiya işçiləri olub.
Son xəbərlər
00:27
Foto
Azərbaycanlı idmançı MMA üzrə ardıcıl üçüncü qələbəsini qazanıb
İdman00:15
"Koroğlu" metro stansiyasından Hava limanı istiqamətində hərəkətə məhdudiyyət tətbiq edilib
İnfrastruktur23:53
Foto
Video
İlham Əliyev Münxendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak edib - YENİLƏNİB-2
Xarici siyasət23:53
Zelenski Rubio ilə danışıqların təfərrüatlarını açıqlayıb - YENİLƏNİB
Digər ölkələr23:38
İran XİN sözçüsü Nensi Pelosinin çağırışını tənqid edib
Region23:27
Nigeriyanın şimal-qərbində 30 nəfər öldürülüb
Digər ölkələr23:03
Video
Bakıda yaşayış binasında yanğın olub, 7 nəfər təxliyə olunub
Hadisə22:41
Fon der Lyayen: Dəniz xidmətlərinə qadağa Rusiyanı daha da təcrid edəcək
Digər ölkələr22:18