Avropa Komissiyası veb-saytlara münasibətdə "Google"un mümkün ayrı-seçkiliyini araşdırır
- 13 noyabr, 2025
- 17:45
Avropa Komissiyası "Google"un veb-saytlara girişə mümkün məhdudiyyətlər tətbiq etməsini araşdırmağa başlayıb.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Brüsseldə Avropa İttifaqının (Aİ) nümayəndəsi Toma Renye bildirib.
Onun sözlərinə görə, bu, Aİ-nin rəqəmsal bazarlar haqqında qanununun (DMA) pozulmasıdır.
Avropa Komissiyasının monitorinqi göstərib ki, əgər xəbər KİV-i və digər veb-saytlarda kommersiya tərəfdaşlarına məxsus məzmun yerləşdirilibsə, "Google" axtarış zamanı onların reytinqini aşağı salır.
"Google" izah edir ki, bununla axtarış nəticələrində reytinqləri manipulyasiya etmək üçün nəzərdə tutulmuş praktikalarla mübarizə aparır.
Avropa Komissiyanın məlumatına görə, bu cür siyasət naşirlərin öz veb-saytlarını və kontentlərini monetizasiya etdikləri qanuni və geniş yayılmış üsula birbaşa təsir göstərir.