Avropa Komissiyası İsraillə sazişin ləğvi təşəbbüsünü qeydiyyata alıb

Digər ölkələr
  • 25 noyabr, 2025
  • 20:07
Avropa Komissiyası İsraillə sazişin ləğvi təşəbbüsünü qeydiyyata alıb

Avropa Komissiyası "İsrail tərəfindən insan hüquqlarının pozulması ilə əlaqədar olaraq Avrora İttifaqı ilə Assosiasiya Sazişinin tam dayandırılmasını tələb etmək" adlı Avropa vətəndaş təşəbbüsünü qeydiyyata alıb.

"Report"un Avropa bürosunun AK-yə istinadən verdiyi məlumata görə, qeydiyyat komissiyanın bu məsələ ilə bağlı yekun qərarına və ya atıla biləcək hər hansı potensial addımlara təsir göstərmir.

Komissiya təşəbbüsə yalnız o halda qərar verəcək ki, Aİ ölkələrinin vətəndaşlarından ən azı 1 milyon imza toplanmış olsun.

İmza toplamaq və digər zəruri prosedurları həyata keçirmək üçün təşkilatçılara ümumilikdə bir il yarım vaxt verilib.

Son xəbərlər

Bütün Xəbər Lenti