Avropanın "dron divarı" layihəsi bir il ərzində həyata keçirilə bilər

Digər ölkələr
  • 24 sentyabr, 2025
  • 10:29
Avropanın dron divarı layihəsi bir il ərzində həyata keçirilə bilər

Avropanın "dron divarı" layihəsi bir il ərzində həyata keçirilə bilər.

"Report"un "Euractiv"ə istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqının (Aİ) müdafiə və kosmos məsələləri üzrə komissarı Andryus Kubilyus deyib.

"Biz başa düşməliyik ki, pilotsuz uçuş aparatlarını aşkar etmək üçün kifayət qədər imkanlarımız yoxdur. Qırıcıları və raketləri aşkarlamaq üçün yaxşı vasitələrimiz ola bilər, lakin dronların özünəməxsus xüsusiyyətləri var - onlar çox kiçikdir və son dərəcə alçaqdan uçurlar", - komissar bildirib.

O, həmçinin əlavə edib ki, belə bir sistemin təxminən bir il ərzində hazır olacağı və Rusiyanın hücumları və təxribatlarını dəf edə biləcəyi ehtimal olunur.

A.Kubilyusun sözlərinə görə, dronlarla mübarizədə daha bir variant lazerlərdir. Üstəlik, bazar ertəsi axşam Norveç və Danimarka ərazisində dronların müşahidə olunmasını nəzərə alaraq, belə bir müdafiə şəbəkəsi blokun geniş dəniz sərhədlərini də əhatə etməlidir.

"Dron divarı" layihəsi Almaniya, Polşa, Finlandiya və Baltikyanı ölkələrin birgə təşəbbüsüdür və Rusiya ilə bütün sərhəd boyu dronlara qarşı avtomatlaşdırılmış müdafiə sistemləri və monitorinq vasitələrindən ibarət sistemin yaradılmasını nəzərdə tutur.

Son xəbərlər

Bütün Xəbər Lenti