"Haber Global" İlham Əliyevin Nyu-Yorkda keçirdiyi görüşlərlə bağlı süjet hazırlayıb

Xarici siyasət
  • 24 sentyabr, 2025
  • 12:34
Haber Global İlham Əliyevin Nyu-Yorkda keçirdiyi görüşlərlə bağlı süjet hazırlayıb

Türkiyənin "Haber Global" telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirdiyi görüşlərlə bağlı geniş süjet hazırlayıb.

"Report"un məlumatına görə, videomaterialda dövlət başçısının BMT-nin Baş katibi Antonio Quttereşlə səmimi dialoqunun diqqət çəkdiyi ifadə olunub.

Bildirilib ki, Prezident İlham Əliyev ilə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin görüşü zamanı iki ölkə arasında enerji sahəsində uğurlu əməkdaşlıq xüsusi vurğulanıb.

Süjetdə daha sonra İlham Əliyevin İraq Prezidenti Əbdüllətif Camal Rəşidlə görüşünə diqqət çəkilib. Qeyd edilib ki, görüşdə Azərbaycanla İraq arasında münasibətlərin inkişaf etdirilməsində Hökumətlərarası Komissiyanın roluna toxunulub.

Azərbaycan Prezidentinin finlandiyalı həmkarı Aleksandr Stubb və Keniyanın dövlət başçısı Uilyam Samoei Ruto, eləcə də Avropa Şurasının Baş katibi Alen Berse ilə də görüşdüyü diqqətə çatdırılıb.

Videomaterialda Azərbaycan Prezidentinin dünyanın böyük iqtisadi və maliyyə təşkilatlarının rəhbərləri ilə də görüş keçirdiyi qeyd olunub.

Süjetdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasındakı görüşə də yer verilib. İki ölkənin sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi apardıqları bildirilib.

"Haber Global" İlham Əliyevin Nyu-Yorkda keçirdiyi görüşlərlə bağlı süjet hazırlayıb

Son xəbərlər

Bütün Xəbər Lenti