Özbəkistan 2031-ci ilədək statistikanın inkişaf strategiyasını hazırlayır

Digər ölkələr
  • 24 sentyabr, 2025
  • 12:46
Özbəkistan 2031-ci ilədək statistikanın inkişaf strategiyasını hazırlayır

Özbəkistan Dünya Bankı ilə birlikdə 2026-2030-cu illər üçün Milli Statistika İnkişaf Strategiyası (NSDS) hazırlayır.

"Report" xəbər verir ki, bunu Özbəkistan Milli Statistika Komitəsinin sədri Behzod Hamrayev Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunda deyib.

"Bundan başqa, biz Beynəlxalq Valyuta Fondunun Məlumatların Yayılmasının Xüsusi Standartına (SDDS) keçidi təşviq edir və statistik istehsalın bütün mərhələlərində süni intellekt, böyük verilənlər və rəqəmsal alətlərin istifadəsini genişləndiririk", - o bildirib.

Sədr həmçinin qeyd edib ki, Özbəkistan 2026-cı ildə ölkənin müstəqillik tarixində ilk dəfə hibrid yanaşmadan istifadə edərək əhali və kənd təsərrüfatının birgə siyahıyaalınmasını keçirəcək.

"Bununla yanaşı, Dünya Bankının layihəsini və hesablama güclərinin artırılması, inteqrasiyaların təkmilləşdirilməsi və əsas infrastrukturun modernləşdirilməsi ilə bağlı təşəbbüsləri həyata keçiririk. Bu gündəliyin əsas elementi müasir Data-mərkəzin istifadəyə verilməsi olacaq. Bu obyekt yüksək tezlikli məlumat axınlarının toplanmasını və saxlanmasını genişləndirməyə, daha təkmil keyfiyyət nəzarətini tətbiq etməyə və qabaqcıl analitikanı dəstəkləməyə imkan verəcək.

Nəticədə biz aqrar tədqiqatlarda peyk və dron təsvirlərini daha yaxşı emal edə biləcək, geoməkan məlumatlarını statistik istehsala inteqrasiya edəcəyik. Biz həmçinin əməkdaşların böyük verilənlər, bulud texnologiyaları və süni intellektlə işləmək bacarıqlarını dərinləşdirəcəyik ki, bu da rəsmi statistikanın yeni rolunu əks etdirir", - B.Hamrayev əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti