Direktor: Azərbaycan universitetləri arasında tədqiqatlarla bağlı əlaqələr arzuolunan səviyyədə deyil

Elm və təhsil
  • 24 sentyabr, 2025
  • 12:42
Direktor: Azərbaycan universitetləri arasında tədqiqatlarla bağlı əlaqələr arzuolunan səviyyədə deyil
Ülkər Səttarova

Azərbaycan universitetləri arasında tədqiqatlarla bağlı əlaqələr qənaətbəxş olsa da, bu, daha da genişləndirilməlidir.

"Report" xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əlaqələr arzuolunan səviyyədə deyil:

"Müəyyən beynəlxalq səviyyəli tədbirlər vasitəsi ilə bunu alimlərimiz üçün daha da əlçatan etməyə çalışırıq".

Ülkər Səttarova əlavə edib ki, hökumətlərarası təqaüd proqramı vasitəsi ilə, həm də dövlət proqramı vasitəsi ilə tələbələr xaricdə təhsil alırlar:

"Eyni zamanda əcnəbi tələbələrin də Bakıda qrantla təhsil almasına imkan yaradılır. Elm və Təhsil Nazirliyi olaraq dəstək oluruq. Xatırladım ki, Azərbaycana əcnəbi tələbələr öz istəkləri ilə gəlir və hazırda onların sayı 11 minə yaxındır".

Son xəbərlər

Bütün Xəbər Lenti