Kəlbəcərli arıçı: Əsas hədəf istehsal etdiyimiz məhsulları xarici bazarlara çıxarmaqdır

Biznes
  • 24 sentyabr, 2025
  • 12:33
Kəlbəcərli arıçı: Əsas hədəf istehsal etdiyimiz məhsulları xarici bazarlara çıxarmaqdır
Elnur Babayev

Əsas hədəf istehsal edilən arıçılıq məhsullarını xarici bazarlara çıxarmaqdır.

Bunu "Report"un Kəlbəcərə ezam edilmiş əməkdaşına açıqlamasında rayonun Çay Qılınclı kəndindən olan arıçı fermer Elnur Babayev deyib.

Onun sözlərinə görə, Kəlbəcərdə bal festivalına çıxarılan arıçılıq məhsullarının ixrac potensialı yüksəkdir.

O, fermerlərin artıq üç ildir ki, təsərrüfatlarını Kəlbəcər yaylaqlarına gətirdiklərini vurğulayıb:

"Uzun illərdir arıçılıqla məşğul oluruq. Demək olar, hər il ölkənin müxtəlif bölgələrinə köç edirdik. Amma, son üç ildə təsərrüfatımızı Kəlbəcər yaylaqlarına gətiririk. Hava şəraiti əlverişli olduqda burada daha çox məhsul əldə edirik".

Fermer istehsal etdikləri arıçılıq məhsullarının bazar qiymətləri və keyfiyyətinə də toxunub:

"Biz təsərrüfatımızı əsasən Kəlbəcərin Söyüdlü yaylağına aparırıq. Bu gün bazara çıxardığımız balın qiyməti 40-100 manat arasındadır. Aldığımız sifarişlərə uyğun olaraq məhsulları əmtəə nişanı ilə qablaşdırırıq. Əsas hədəfimiz istehsal olunan məhsulları xarici bazarlara çıxarmaqdır".

Son xəbərlər

Bütün Xəbər Lenti