Ağ Ev İsrailə 200 ABŞ hərbçisinin göndəriləcəyi barədə xəbərlərə münasibət bildirib - YENİLƏNİB

Digər ölkələr
  • 10 oktyabr, 2025
  • 03:22
Ağ Ev İsrailə 200 ABŞ hərbçisinin göndəriləcəyi barədə xəbərlərə münasibət bildirib - YENİLƏNİB

ABŞ-nin Qəzzada atəşkəs razılaşmasının icrasına nəzarət üçün bölgədə 200 hərbçi yerləşdirəcəyi xəbəri doğru deyil və kontekstdən çıxarılıb.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt "X" sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığında artıq yerləşdirilmiş 200-ə qədər hərbçi İsraildə sülh razılaşmasının monitorinqi ilə məşğul olacaq və yerli ərazidə digər beynəlxalq qüvvələrlə birgə fəaliyyət göstərəcək.

ABŞ Qəzzada atəşkəs razılaşmasının icrasına nəzarət üçün bölgədə 200 hərbçi yerləşdirəcək.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin yüksək rütbəli rəsmisi "Associated Press" xəbər agentliyinə bildirib.

Adı açıqlanmayan rəsmi qeyd edib ki, hərbçilər İsrail ərazisinə yerləşdiriləcək və burada ABŞ Mərkəzi Komandanlığı "Mülki-Hərbi Koordinasiya Mərkəzi" yaradacaq.

Rəsmi əlavə edib ki, sözügedən komandanlıq Qəzzaya humanitar yardımın, həmçinin logistik və təhlükəsizlik dəstəyinin çatdırılmasını asanlaşdıracaq. ABŞ hərbçilərinin Fələstin anklavına göndərilməyəcəyi də vurğulanıb.

Məlumata görə, həmin hərbçilər tərəfdaş ölkələr, qeyri-hökumət təşkilatları və özəl sektor nümayəndələri ilə birgə fəaliyyət göstərəcək.

Qeyd edək ki, ABŞ ötən il də İsrailin hava hücumundan müdafiə sistemlərini idarə etmək üçün təxminən 100 əsgər göndərmişdi.

Son xəbərlər

Bütün Xəbər Lenti