Aİ səfirləri Rusiyaya qarşı 19-cu sanksiya paketini razılaşdıra bilməyib

Digər ölkələr
  • 16 oktyabr, 2025
  • 14:12
Aİ səfirləri Rusiyaya qarşı 19-cu sanksiya paketini razılaşdıra bilməyib

Avropa İttifaqı (Aİ) ölkələrinin daimi nümayəndələri bu gün keçirilən iclasda Rusiyaya qarşı 19-cu sanksiya paketini razılaşdıra bilməyiblər, müzakirələr sabah davam edəcək.

"Report" xəbər verir ki, bu barədə "Politico" diplomatik mənbələrə istinadən yazır.

Məlumata görə, əsas müqaviməti Slovakiya göstərir. Bu ölkənin Baş naziri Robert Fitso bəyan edib ki, Avropa Komissiyası avtomobil sənayesinin sabitləşdirilməsi və enerji daşıyıcılarının qiymətlərinin azaldılması üçün konkret tədbirlər təklif etməyənə qədər Rusiyaya qarşı sanksiya siyasətinin sərtləşdirilməsini dəstəkləməyəcək.

Qeyd edək ki, yeni sanksiya paketi çərçivəsində energetika, maliyyə və ticarət, kriptovalyuta platformaları və "Mir" ödəniş sistemi ilə bağlı məhdudiyyətlərin tətbiqi planlaşdırılır. Bundan başqa, 2027-ci ilin yanvar ayından Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalına tam qadağanın tətbiq edilməsi planlaşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti