Paşinyan: Din xadimlərinin həbsi Azərbaycanla sülh prosesi ilə bağlı deyil

Region
  • 16 oktyabr, 2025
  • 14:03
Paşinyan: Din xadimlərinin həbsi Azərbaycanla sülh prosesi ilə bağlı deyil

Ermənistan hakimiyyəti Erməni Apostol Kilsəsini təqib etmir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan bu gün brifinqdə deyib.

"Mənim tərəfimdən Erməni Apostol Kilsəsinə qarşı hücumlar yoxdur. Kilsə sənədlərində katolikos vəzifəsini tutan şəxsin, yaxud yepiskopların və kilsənin eyni olduğu yazılmayıb", - o bildirib.

Baş nazirin sözlərinə görə, erməni ruhanilərin həbsinin Azərbaycanla sülh prosesinə aidiyyəti yoxdur:

"Xeyr, bu mümkün deyil. Həbslər və Azərbaycanla sülh prosesi arasında heç bir əlaqə yoxdur".

Qeyd edək ki, çərşənbə günü Erməni Apostol Kilsəsi istintaq orqanları tərəfindən 13 din xadiminin, o cümlədən Araqasotn yeparxiyasının başçısı Mkrtıç Proşyanın (bütün ermənilərin katolikosu II Qareqinin qardaşı oğlu - red) saxlanıldığını bildirib. Din xadimlərinə qarşı açılan iş hökumət əleyhinə mitinqlərdə iştirak etməyə məcbur etmə ilə bağlıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti