Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsabiqə qaydaları təsdiqlənib
Daxili siyasət
- 01 dekabr, 2025
- 10:59
"Xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müsabiqənin, habelə ilkin icbari hazırlığın və stajın keçirilməsi Qaydaları" təsdiqlənib.
"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən Xüsusi icra məmuru vəzifəsi üzrə vakansiyalar müsabiqə əsasında tutulur. Müsabiqə test imtahanı (bundan sonra – imtahan) və müsahibə mərhələlərindən ibarətdir.
Ədliyyə Nazirliyinin icra məmurlarının fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə və ya dövlət icra məmuru vəzifəsində 3 ildən az olmayaraq işləmiş şəxslər müsabiqənin test mərhələsindən azad edilirlər.
Müsabiqənin imtahan mərhələsində iştirak ödənişlidir, elektron formada keçirilir.
Son xəbərlər
11:44
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Maliyyə11:44
Hesablama Palatası "Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparıb - EKSKLÜZİV
Turizm11:42
Lerikdə sitrus meyvələrinin satışı ilə məşğul olmaq adı ilə narkotik vasitə satanlar saxlanılıb
Hadisə11:41
Azərbaycan daha iki ölkədən kələm tədarük etməyə başlayıb
ASK11:38
Bakıdakı biznes mərkəzi maliyyə vəziyyətini açıqlayıb
Biznes11:38
Foto
Şəhid övladları Türkiyənin GUHEM mərkəzində qış düşərgəsində iştirak ediblər
Daxili siyasət11:37
Azərbaycanda 600 min şagirdə informatikadan əlavə rəqəmsal bacarıqlar dərsi keçilir
Elm və təhsil11:37
AMB 3 BOKT-un vəzifəli şəxslərini cərimələyib
Maliyyə11:35