Spiker: Bu gün güclü Azərbaycan işğaldan azad etdiyi əraziləri yenidən həyata qaytarır

Daxili siyasət
  • 17 oktyabr, 2025
  • 12:23
Spiker: Bu gün güclü Azərbaycan işğaldan azad etdiyi əraziləri yenidən həyata qaytarır

Bu gün güclü və qüdrətli Azərbaycan işğaldan azad etdiyi əraziləri yenidən həyata qaytarır.

"Report" xəbər verir ki, bunu spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib.

O qeyd edib ki, Prezident İlham Əliyevin fərmanına əsasən bu gün Füzuli şəhəri günü qeyd edilir, üç gündən sonra isə Zəngilan şəhəri günü qeyd olunacaq:

"Məcburi köçkünlərimiz doğma yurdlarına dönürlər. Əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin liderliyi, xalqımızın birlik və həmrəyliyi dövlətimizin yeni böyük nailiyyətlər qazanmasını, müstəqillik yollarında bundan sonra da inamla irəliləməsini təmin edəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti