Hulusi Kılıç: Türkiyə təmsil olunduğu bütün təşkilatlarda Azərbaycanın mövqeyini qoruyur

Xarici siyasət
  • 17 oktyabr, 2025
  • 14:51
Hulusi Kılıç: Türkiyə təmsil olunduğu bütün təşkilatlarda Azərbaycanın mövqeyini qoruyur

Türkiyə təmsil olunduğu bütün təşkilatlarda Azərbaycanın mövqeyini qoruyur.

"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşləq, Həmrəylik Fondu İdarə Heyətinin üzvü Hulusi Kılıç oktyabrın 18-i Azərbaycanın Müstəqilliyinin Bərpası Günü və oktyabr 29-u Türkiyənin Cümhuriyyət Gününə həsr olunmuş "Azərbaycan və Türkiyə: tarixi əlaqələr, yeni qlobal çağırışlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdi:

"Sabah Azərbaycan dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümünü qeyd edəcək. Qardaş ölkəni və xalqını ürəkdən təbrik edirik. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə Türkiyə olub. 1993-cü ildə Türkiyə hökuməti Azərbaycan-Türkiyə qardaşlığı üçün qərar qəbul edərək Ermənistanla diplomatik münasibətləri dayandırıb, sərhədləri bağlayıb. Tarixdə bunun başqa bir nümunəsi yoxdur".

Son xəbərlər

Bütün Xəbər Lenti