Deputat: Zəngəzur dəhlizi hamı üçün faydalı olacaq bir layihədir

Daxili siyasət
  • 24 noyabr, 2025
  • 12:35
Deputat: Zəngəzur dəhlizi hamı üçün faydalı olacaq bir layihədir

Zəngəzur dəhlizi hamı üçün faydalı olacaq bir layihədir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin üzvü Azər Allahverənov Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu çərçivəsində "Zəngəzur dəhlizi: Türk coğrafiyasını birləşdirən körpü" adlı paneldə iştirakçıların sualını cavablayarkən deyib.

Onun sözlərinə görə, bu gün Zəngəzur dəhlizinin açılmasını dəstəkləyən bəşəriyyətin mütərəqqi qüvvələri gələcəkdə həmin dəhlizin istifadəsində yaxından iştirak edəcəklər:

"Çünki Zəngəzur dəhlizi hamı üçün fayda gətirəcək bir layihədir. Burada vacib olan məqam dəhlizdən istifadə edəcək ölkələr üçün önəminin qabardılmasıdır".

Son xəbərlər

Bütün Xəbər Lenti