Növbəti köç karvanı Xıdırlı kəndinə çatıb, açarlar təqdim edilib – YENİLƏNİB-2

Daxili siyasət
  • 19 noyabr, 2025
  • 13:05
Növbəti köç karvanı Xıdırlı kəndinə çatıb, açarlar təqdim edilib – YENİLƏNİB-2

Ağdam rayonuna yola salınan növbəti köç karvanı Xıdırlı kəndinə çatıb, sakinlərə açarlar təqdim edilib.

"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, açarların təqdimetmə mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Bu köçlə Xıdırlı kəndinə qayıdan ailələrin sayı 555-ə (2195 nəfər) çatıb.

Ağdam rayonuna yola salınan növbəti köç karvanı Xıdırlı kəndinə çatıb.

"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə kəndə 15 ailə (73 nəfər) köçürülüb.

Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə kəndə 15 ailə (73 nəfər) köçürülür

Kəndə köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu köçlə Xıdırlı kəndinə qayıdan ailələrin sayı 555-ə (2195 nəfər) çatacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti