KİV: Uitkoff və Zelenski arasında bu gün İstanbulda planlaşdırılan görüş baş tutmayacaq
- 19 noyabr, 2025
- 13:40
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Ukrayna Prezidenti Volodimir Zelenski ilə bu gün İstanbulda gözlənilən görüşü baş tutmayacaq.
"Report"un məlumatına görə, bu barədə "Axios" nəşri yazır.
Qeyd edilir ki, bu məlumatı həm ABŞ, həm də Ukrayna rəsmiləri təsdiq ediblər.
Bu arada, Ukrayna KİV-ləri ölkə Prezidenti Ofisinin rəhbəri Andrey Yermaka istinadən bildirir ki, Yermak Donald Tramp administrasiyasının nümayəndələri, xüsusilə, Stiv Uitkoffla təmasdadır.
"Prezident Volodimir Zelenskinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Türkiyəyə gəlmişəm. Bütün planlaşdırılmış görüşlər qrafik üzrə və işgüzar şəraitdə keçir. ABŞ-dən olan tərəfdaşlarımızla birlikdə Rusiyanın Ukraynaya qarşı təcavüzünün dayandırılması, ədalətli və dayanıqlı sülhə nail olmaq üçün çalışırıq", - o, sosial şəbəkələrdə bildirib.