Taleh Kazımov: "Gələn il məqsəd inflyasiyanı hədəf daxilində saxlamaqdır"

Maliyyə
  • 19 noyabr, 2025
  • 13:53
Taleh Kazımov: Gələn il məqsəd inflyasiyanı hədəf daxilində saxlamaqdır
Taleh Kazımov

2026-cı ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf daxilində saxlanılması olacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşun müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, əvvəlki illərdə olduğu kimi, inflyasiyanın hədəf daxilində idarə edilməsi həm iqtisadi artımın davamlılığı, həm də maliyyə sabitliyi üçün zəmin yaradacaq: "​Bu məqsədlə monitar sferada islahatlar davam etdiriləcək, inflyasiyanın amilləri və maliyyə bazarlarında gedən proseslərin təhlili dərinləşdiriləcək. ​Mərkəzi Bank pul siyasətini həyata keçirməklə, əsasən inflyasiyanın tələb amillərinin idarə olunmasına önəm verəcək. ​Təklif amillərinin effektiv idarə olunması üçün hökumətlə birgə səylər göstəriləcək."

O qeyd edib ki, ​Mərkəzi Bankın son (bu ilin oktyabr ayında verilən) yenilənmiş proqnozuna görə 2026-cı ildə illik inflyasiya 5,7 % olacağı gözlənilir: "İnflyasiyanın formalaşmasında təklif amillərinin də yüksək olacağı gözlənilir. ​Məzənnə sabitliyi 2026-cı ildə də qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcək. ​Proqnozlara görə, növbəti ildə tədiyyə balansının cari əməliyyatlar hesabının profisitli olması valyuta bazarında tarazlığı dəstəkləyəcək".

​T.Kazımov bildirib ki, Mərkəzi Bankın oktyabr proqnozlarına görə, baza ssenarisi üzrə 2026-cı ilin sonunda cari əməliyyat balansının profisiti 3 milyard ABŞ dolları ətrafında olacağı gözlənilir: "​Pul siyasəti alətlərdən istifadə zamanı maliyyə bazarlarında baş verən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınacaq. ​Maliyyə sektoru üzrə prioritetlər 2024-2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişaf Strategiyasına uyğun olaraq həyata keçiriləcək".

Son xəbərlər

Bütün Xəbər Lenti