Peskov: Baş konsulluğumuzun bağlanması qərarı diplomatik münasibətləri sıfıra endirmək istəyidir - YENİLƏNİB

Digər ölkələr
  • 19 noyabr, 2025
  • 13:56
Peskov: Baş konsulluğumuzun bağlanması qərarı diplomatik münasibətləri sıfıra endirmək istəyidir - YENİLƏNİB
Dmitri Peskov

Polşa hakimiyyətinin Rusiyanın Qdanskda fəaliyyət göstərən sonuncu baş konsulluğunun bağlanması qərarı iki ölkə arasında diplomatik münasibətləri sıfıra endirmək istəyi ilə bağlıdır.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Polşa ilə münasibətlər tamamilə pisləşib. Bu, Polşa hakimiyyətinin konsulluq və ya diplomatik münasibətlərin mümkünlüyünü sıfıra endirmək istəyinin təzahürüdür. Buna yalnız təəssüflənmək olar", - o bildirib.

Polşa Rusiyanın Qdanskda fəaliyyət göstərən sonuncu baş konsulluğunu bağlamaq qərarına gəlib.

"Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski Seymdə çıxışı zamanı bildirib.

"Mən Rusiyanın Qdanskdakı Baş Konsulluğunun fəaliyyətinə verilən icazənin geri çağırılması haqqında qərar qəbul etmişəm", - o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti