Nazir müavini: Azərbaycanın Afrika ölkələrinə münasibətdə yeni gücləndirilmiş strategiyası var
- 29 sentyabr, 2025
- 11:13

Azərbaycanın Afrika ölkələri, ümumiyyətlə, Afrika qitəsinə münasibətdə xarici siyasətində yeni gücləndirilmiş strategiya var.
"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu il ondan çox Afrika ölkəsinə hökumət missiyaları təşkil edilib:
"Afrikanın bir çox ölkələrindən Azərbaycana həm liderlər, həm də hökumət rəsmiləri səviyyəsində səfərlər olub. Əsas məqsəd Afrika ölkələri ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsidir".
Nazir müavini əlavə edib ki, Azərbaycan Afrika qitəsində diplomatik təmsilçiliyini gələcəkdə genişləndirməyi planlaşdırır:
"Bununla biz həmin ölkələrin gələcəkdə böyük platformalarda dəstəyini qazana bilərik. Eyni zamanda, həmin ölkələrdə ortaq dəyərləri bölüşürük".