Səfir: "Azərbaycan və Böyük Britaniya strateji investisiyaları artırmaqla bağlı müzakirələr aparır"

Biznes
  • 15 oktyabr, 2025
  • 14:16
Səfir: Azərbaycan və Böyük Britaniya strateji investisiyaları artırmaqla bağlı müzakirələr aparır

Azərbaycan və Böyük Britaniya qarşılıqlı şəkildə strateji investisiyaları artırmaqla bağlı müzakirələr aparır.

Bunu "Report"a açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auldun bildirib.

"Bir neçə həftə bundan əvvəl Azərbaycan hökuməti ilə birlikdə ikitərəfli münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldəcəyimizi açıqladıq. Böyük Britaniya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini dəstəkləməkdə maraqlıdır. Bu, Azərbaycan hökuməti üçün böyük mövzudur və biz bunun dəyərini görürük. "Təmiz enerji" ("bərpa olunan enerji") bizim üçün əsas sektordur. Kommunikasiya və infrastruktur da bizim üçün önəmlidir. Bununla yanaşı, təhlükəsizlik də vacib sahədir. Həmçinin təhsil və səhiyyəni də qeyd edərdim. Beləliklə, Britaniya şirkətləri burada hansı imkanların mövcud olduğunu araşdırmaqda maraqlıdır".

Son xəbərlər

Bütün Xəbər Lenti