Qazaxıstan Ermənistanla vətəndaşların səfərləri haqqında sazişi ratifikasiya edib

Region
  • 15 oktyabr, 2025
  • 16:21
Qazaxıstan Ermənistanla vətəndaşların səfərləri haqqında sazişi ratifikasiya edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanla vətəndaşların səfərləri haqqında sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.

Dövlət başçısı tərəfindən "Qazaxıstan Hökuməti ilə Ermənistan Respublikası Hökuməti arasında vətəndaşların səfərləri və qalma qaydası haqqında Sazişin ratifikasiyası haqqında" qanun imzalanıb.

Qanun daha əvvəl Senat tərəfindən təsdiqlənmişdi. Saziş hər iki ölkənin vətəndaşlarına bərabər şərtlərlə digər ölkənin ərazisinə daxil olmağa, çıxmağa, tranzit və sərhədi keçdikləri andan etibarən 90 günədək qalmağa imkan verir.

Son xəbərlər

Bütün Xəbər Lenti