Əş-Şəraa: Yeni Suriyanın inkişafında Rusiyanın ciddi rolu olacaq
- 15 oktyabr, 2025
- 16:14

Yeni Suriyanın inkişafında Rusiyanın ciddi rolu olacaq.
"Report"un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Suriyanın keçid dövrünün Prezidenti Əhməd əş-Şəraa Moskvada Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı bildirib.
"Biz münasibətlərimizin kompleksinə yenidən nəzər salmağa və o cümlədən sizi yeni Suriya ilə tanış etməyə çalışacağıq", - o söyləyib.
Əş-Şəraa vurğulayıb ki, hazırda ən vacib məsələ həm ölkədə, həm də bütövlükdə regionda sabitlikdir: "Rusiyanın yeni Suriyanın inkişafında ciddi rolu olacaq".
Öz növbəsində V.Putin bildirib ki, Rusiya və Suriya arasında münasibətlər həmişə dostluq xarakteri daşıyıb və Moskva Dəməşqlə münasibətlərində həmişə Suriya xalqının maraqlarını rəhbər tutub.
O həmçinin qeyd edib ki, Suriya çətin dövr yaşayır, lakin keçirilmiş parlament seçkiləri bütün siyasi qüvvələr arasında qarşılıqlı əlaqəni gücləndirəcək.