Oqtay Şirəliyevin yerinə təyinat olacaq
Biznes
- 07 oktyabr, 2025
- 08:51
Oktyabrın 9-da, saat 10:00-da "Respublika Diaqnostika Mərkəzi" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq cəmiyyətin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Tbilisi prospekti, 147 ünvanında olacaq.
Yığıncağın gündəliyinə ASC-yə baş direktorun seçilməsi daxildir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrinin məlumatlarına əsasən, indiyə qədər "Respublika Diaqnostika Mərkəzi"nə keçmiş səhiyyə naziri, oktyabrın 3-də vəfat etmiş Oqtay Şirəliyev rəhbərlik edib.
Mərkəz 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2,415 milyon manatdır.
Son xəbərlər
03:26
KİV: Yəmənin şərqində münaqişə tərəfləri atəşkəs barədə razılığa gəliblər
Digər ölkələr02:43
AP: Trampın xüsusi nümayəndəsi və Kuşner ABŞ-də Rüstəm Umerovla görüşəcəklər
Digər ölkələr02:17
Tramp Latın Amerikasında narkokartellərin yerüstü obyektlərinə zərbələr endiriləcəyini açıqlayıb
Digər ölkələr01:38
Foto
Ceyhun Bayramov və Hakan Fidan arasında Vyanda görüş olub
Xarici siyasət01:29
Tramp: Uitkoff ilə Putin arasındakı görüş yaxşı keçib
Digər ölkələr01:14
KİV: Kaliforniyada "F-16" qırıcı təyyarəsi qəzaya uğrayıb
Digər ölkələr00:46
AP: "Signal" mesenceri ilə bağlı qalmaqal Pentaqon əməkdaşlarını təhlükə altına qoyub
Digər ölkələr00:18
Moskva–Pxuket reysi üzrə uçan təyyarə mühərriki yandığına görə təcili eniş edib
Region00:09