“Alibaba” “Subaylar Günü” münasibəti ilə rekordunu yeniləməyə hazırlaşır

Biznes
  • 10 noyabr, 2020
  • 13:15
“Alibaba” “Subaylar Günü” münasibəti ilə rekordunu yeniləməyə hazırlaşır

Dünyanın və Çinin ən böyük onlayn satış sistemlərindən olan “Alibaba” şirkəti böyük endirim kampaniyası keçirəcək.

“Report”un məlumatına görə, kampaniya hər il noyabrın 11-də qeyd olunan “Subaylar Günü” ("Singles' Day") ilə əlaqədardır.

Bu il bu bayrama 89 ölkədən qatılanların olacağı gözlənilir.

2018-2019-cu illərdəki şoppinq festivallarında müvafiq olaraq 30,8 milyard ABŞ dolları və 38,4 milyard ABŞ dolları məbləğində satışa nail olmuş "Alibaba" 2020-ci ildə də rekordunu yeniləməyə hazırlaşır.

Xatırladaq ki, “Subaylar Günü” 1993-cü ildən Çinin Nanyinq Universitetinin (Nanjing University) təşəbbüsü ilə keçirilir.