KİV: Braziliya Bolsonarunun məhkəməsindən sonra ABŞ-nin yeni sanksiyalarına hazırlaşır

Digər ölkələr
  • 01 sentyabr, 2025
  • 02:44
KİV: Braziliya Bolsonarunun məhkəməsindən sonra ABŞ-nin yeni sanksiyalarına hazırlaşır

Braziliya rəhbərliyi dövlət çevrilişinə cəhddə təqsirləndirilən respublikanın keçmiş prezidenti (2019-2022) Jair Bolsonarunun məhkəməsi başlayandan sonra ABŞ-dən yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqinə hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə yerli G1 portalı mənbələrə istinadən məlumat yayıb.

Ölkənin keçmiş liderinin məhkəməsi sentyabrın 2-də başlayacaq. Braziliyanın hazırkı Prezidenti Luis İnasiu Lula da Silva administrasiyası Bolsonaru işini Ağ Evin respublikaya qarşı tarif siyasətində əsas amillərdən biri hesab etdiyi üçün ABŞ-nin sanksiyalar təzyiqinin artacağını gözləyir

Eyni zamanda, portal qeyd edib ki, Braziliyada artıq avqust ayında əvvəllər tətbiq edilən və Vaşinqtonun bir sıra mallar üzrə 50 %-ə çatan rüsumlarına cavab tədbirləri hazırlamağa başlayıb. Bununla yanaşı, ölkə hakimiyyəti hesab edir ki, ABŞ-nin hərəkətlərinə "güzgü cavabı" yalnız milli iqtisadiyyat üçün mümkün nəticələrin hərtərəfli təhlilindən sonra mümkün olacaq.