YAP və Kuba Kommunist Partiyası əməkdaşlıq haqqında saziş imzalayıb

Xarici siyasət
  • 25 noyabr, 2025
  • 16:58
YAP və Kuba Kommunist Partiyası əməkdaşlıq haqqında saziş imzalayıb

Yeni Azərbaycan Partiyası (YAP) və Kuba Kommunist Partiyası Havanada mübadilə və əməkdaşlıq haqqında saziş imzalayıb.

Bu barədə "Report" Kuba KİV-inə istinadən xəbər verir.

Məlumata görə, sənəd partiyalararası əlaqələrin möhkəmləndirilməsinə, qarşılıqlı maraq doğuran məsələlər üzrə mübadilənin genişləndirilməsinə və hər iki təşkilatın struktur bölmələri arasında qarşılıqlı fəaliyyətin inkişafına yönəlib.

Sənədi Kommunist Partiyasının aqro-ərzaq şöbəsinin rəhbəri Xose Ramon Monteaqudo Ruis və YAP sədrinin müavini Tahir Budaqov imzalayıblar.

M.Ruis Kuba tərəfinin əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu vurğulayıb. O bildirib ki, buraya kadrların hazırlanması sahəsi də daxildir.

Qeyd olunur ki, partiyalar arasındakı münasibətlər və iki ölkənin xalqları arasındakı dostluq əlaqələri liderlər Heydər Əliyev və Fidel Kastronun irsinə əsaslanır.

Azərbaycan nümayəndə heyətinin Kubaya səfəri çərçivəsində müxtəlif dövlət orqanları və nazirliklərin nümayəndələri ilə görüşlər, həmçinin 41-ci Havana Beynəlxalq Yarmarkasında iştirak planlaşdırılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti