Zelenski Ukrayna məhsullarını qanunsuz daşıyan 56 gəmiyə qarşı sanksiyaları təsdiqləyib

Digər ölkələr
  • 25 noyabr, 2025
  • 18:55
Zelenski Ukrayna məhsullarını qanunsuz daşıyan 56 gəmiyə qarşı sanksiyaları təsdiqləyib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müvəqqəti işğalı altında olan ölkə limanlarına qanunsuz daxil olan və ölkənin ərzaq məhsullarını daşıyan 56 dəniz gəmisinə qarşı sanksiyaları təsdiqləyib.

"Report" xəbər verir ki, müvafiq sənəd Prezident Ofisinin saytında yerləşdirilib.

Prezidentin fərmanına əsasən, Rusiyanın 39 gəmisi ilə yanaşı, Panama, Kamerun, Toqo, Esvatini, Barbados və digər ölkələrin dəniz gəmiləri də sanksiyalara məruz qalıb. Onların arasında "ENISEY", "BAYAZE D", "FINIKIA", "SMP NOVODVINSK" və başqaları var.

"Məhdudiyyətlər dəniz daşımalarının tənzimlənməsi və Rusiyanın müvəqqəti nəzarətində olan limanlardan məhsulların daşınmasına nəzarət edilməsi məqsədilə tətbiq olunur", - məlumatda deyilir.

Son xəbərlər

Bütün Xəbər Lenti