XİN: Avropa Siyasi Birliyinin Ermənistanda keçiriləcək sammitində ən yüksək səviyyədə iştirakımız gözlənilmir

Xarici siyasət
  • 07 noyabr, 2025
  • 14:58
XİN: Avropa Siyasi Birliyinin Ermənistanda keçiriləcək sammitində ən yüksək səviyyədə iştirakımız gözlənilmir

Azərbaycanın 2026-cı ildə Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində ən yüksək səviyyədə iştirakı mümkün görünmür.

Bunu "Report"a müsahibəsində Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, Avropa Siyasi Birliyinin Zirvə toplantıları siyasi dialoqun gücləndirilməsi, enerji və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı, iqtisadi inteqrasiya və qlobal çağırışlara cavab baxımından əhəmiyyət daşıyır:

"Azərbaycan bu təşəbbüsdə iştirak edən mühüm dövlətlərdən biridir. Xüsusən də geosiyasi mövqeyi, enerji resursları və regional təhlükəsizlikdə oynadığı rol ölkəmizi Avropa üçün strateji tərəfdaşa çevirib. Xatırladaq ki, 44 lideri bir araya gətirən ilk Avropa Siyasi Birliyi Zirvə toplantısı 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilib. İndiyə qədər Birliyin yeddi Zirvə toplantısı təşkil olunub. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev İrəvanda baş tutacaq Avropa Siyasi Birliyi sammitində Prezident İlham Əliyevin iştirak məsələsinə aydınlıq gətirərkən bildirib ki, Azərbaycan Prezidentinə tədbirlə bağlı rəsmi dəvət məktubu daxil olmayıb və Azərbaycanın sammitdə ən yüksək səviyyədə iştirakı mümkün görünmür".

A.Hacızadə əlavə edib ki, Avropa Siyasi Birliyi formatının xüsusiyyəti odur ki, ölkələr tədbirdə yalnız dövlət və hökumət başçıları səviyyəsində təmsil oluna bilərlər.

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti