Azərbaycanlı jurnalistlər Ürgəncdəki "IT Park Uzbekistan" filialını ziyarət ediblər

Media
  • 07 noyabr, 2025
  • 16:40
Azərbaycanlı jurnalistlər Ürgəncdəki IT Park Uzbekistan filialını ziyarət ediblər

Özbəkistana mediaturun dördüncü günü çərçivəsində Azərbaycanın media nümayəndələri Xarəzm vilayətinin Ürgənc şəhərində yerləşən "IT Park Uzbekistan" filialını ziyarət ediblər.

"Report"un Özbəkistana ezam olunmuş əməkdaşı xəbər verir ki, Ürgəncdə Daşkənd İnformasiya Texnologiyaları Universiteti (TUIT) filialının bazasında yaradılmış İnkubasiya mərkəzi fəaliyyət göstərir.

Mərkəz 2021-ci ildə açılıb və informasiya texnologiyaları sahəsində yeni başlayan sahibkarlar və startaplar üçün dəstək platformasına çevrilib.

Bundan əlavə, 2022-ci il fevralın 16-da Ürgəncdə "IT Park Uzbekistan"ın iştirakı ilə regionda rəqəmsal təhsil və İT təşəbbüslərinin inkişafına yönəlmiş İT Mərkəzi, İT Texnikomu və yeni inkubasiya mərkəzi açılıb. Burada gənc mütəxəssislər proqramlaşdırma və kibertəhlükəsizlik sahəsində müasir biliklər, həmçinin öz layihələrini həyata keçirmək imkanı əldə edirlər.

Səfər zamanı azərbaycanlı jurnalistlər mərkəzin infrastrukturu ilə tanış olublar və regionda həyata keçirilən təhsil və innovasiya proqramları haqqında məlumat əldə ediblər.

Ürgəncdəki "IT Park" filialı ölkənin bütün regionlarında texnoparkları birləşdirən milli şəbəkənin bir hissəsidir.

Son xəbərlər

Bütün Xəbər Lenti