Dənizkənarı Bulvar İdarəsi sığortaçı seçir

Maliyyə
  • 07 noyabr, 2025
  • 16:26
Dənizkənarı Bulvar İdarəsi sığortaçı seçir

Dənizkənarı Bulvar İdarəsi "Mirvari" sərnişin-gəzinti gəmisi ilə bağlı fərdi qəza sığortası üçün kotirovka sorğusu elan edib.

"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 15 manatdır.

İddiaçılar təkliflərini noyabrın 24-nə qədər İdarənin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 2A ünvanına təqdim edə bilərlər.

Təkliflərə noyabrın 24-də, saat 17:10-da qeyd olunan ünvanda baxılacaq.

Sığorta xidməti çərçivəsində 9 heyət üzvünün və 461 sərnişinin ümumilikdə 1 milyon manatlıq illik sığortalanması nəzərdə tutulur. Bir nəfər üçün sığorta limiti məbləği 5 min manatdır. Sığorta hadisəsi nəticəsində sığorta olunana dəyən zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətində ödənilməlidir:

1. Ölüm – 100%

2. 81-100 %-dək əlilliyə görə - 80%

3. 61-80 %-dək əlilliyə görə - 60%

4. 31-60 %-dək əlilliyə görə - 40%

Son xəbərlər

Bütün Xəbər Lenti