Türkiyə XİN-in rəsmisi: TDT regionun aparıcı təşkilatlarından birinə çevrilmək potensialına malikdir

Xarici siyasət
  • 29 sentyabr, 2025
  • 10:18
Türkiyə XİN-in rəsmisi: TDT regionun aparıcı təşkilatlarından birinə çevrilmək potensialına malikdir

Qlobal qeyri-sabitlik şəraitində türk dünyasının birliyi və həmrəyliyi xüsusi əhəmiyyət kəsb edir.

"Report"un məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmaç "Qlobal qeyri-müəyyənlik dövründə Türk Dövlətləri Təşkilatı regional aktor kimi" konfransında çıxışı zamanı bildirib.

T.Dilmaçın sözlərinə görə, TDT yarandığı gündən böyük işlər görüb və bu gün böyük regional təşkilat kimi öz rolunu gücləndirmək üçün daha yüksək potensiala malikdir.

"TDT çərçivəsində əldə etdiklərimiz kifayət deyil. Bugünkü konfransın adının da əks etdirdiyi kimi biz həqiqətən qlobal qeyri-müəyyənlik dövründə yaşayırıq. Belə zamanlarda türk dövlətlərinin birliyi xüsusi əhəmiyyət kəsb edir. Biz artıq bu dövrdə suverenliyimizin güclənməsinin real nəticələrini görürük", - o qeyd edib.

T.Dilmaç vurğulayıb ki, TDT ölkələri İkinci Qarabağ müharibəsi zamanı həmrəylik nümayiş etdiriblər: "O dövrdə mən Astanada, səfirlikdə idim və Azərbaycanın qələbəsinin Qazaxıstan cəmiyyətində qavrayışı necə dəyişdirdiyinin şəxsən şahidi oldum. Bu müharibə göstərdi ki, qardaş dövlətlərin dəstəyi çox önəmlidir. Əgər biz birlikdə hərəkət etməyə davam edə bilsək, nailiyyətlərimiz daha da böyük olacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti