Qazaxıstan nümayəndəsi: Orta Dəhliz TDT-nin flaqman layihəsidir

Region
  • 29 sentyabr, 2025
  • 11:54
Qazaxıstan nümayəndəsi: Orta Dəhliz TDT-nin flaqman layihəsidir
Sanat Kuşkumbayev

Orta Dəhliz Türk Dövlətləri Təşkilatının flaqman layihəsidir.

"Report" xəbər verir ki, bu sözləri Qazaxıstan Strateji Tədqiqatlar İnstitutunun baş elmi işçisi Sanat Kuşkumbayev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin beyin mərkəzlərinin konfransı çərçivəsində "İqtisadi qeyri-sabitlik dövründə TDT-nin dünya iqtisadiyyatı, ticarət və nəqliyyata verdiyi töhfələr" adlı panel müzakirədə deyib.

O bildirib ki, Orta Dəhliz strateji zərurətə çevrilməkdədir: "Bu bizim birgə səylərimizin real nəticəsidir. TDT-yə üzv dövlətlər illik daşıma qabiliyyətlərini daha da artırmaqdadırlar".

Ekspertin sözlərinə görə, hazırda TDT məkanında marşrutları qısaltmaq, gömrük proseslərini sadələşdirmək planlaşdırılır: "Əsas hədəflərdən biri də odur ki, Çindən Avropaya çatdırmanı 10-15 günlük minimal vaxta salaq. Bu isə dəniz daşımalarından iki dəfə daha sürətli çatdırılma deməkdir".

Baş elmi işçi onu da əlavə edib ki, Orta Dəhliz Türk dövlətlərinin firəvanlığı və inkişafı üçün olduqca vacib əhəmiyyətə malikdir.

Son xəbərlər

Bütün Xəbər Lenti