Qazaxıstan Türk Ticarət və Sənaye Palatası üçün yeni əməkdaşlıq formatı təklif edəcək

Xarici siyasət
  • 07 oktyabr, 2025
  • 13:52
Qazaxıstan Türk Ticarət və Sənaye Palatası üçün yeni əməkdaşlıq formatı təklif edəcək

Qazaxıstan gələn il Türk Ticarət və Sənaye Palatasına sədrlik edəcək, həmçinin bu sahədə yeni əməkdaşlıq formatı təklif edəcək.

"Report" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.

"Sənaye sahəsində əməkdaşlıq iqtisadiyyatımızın inkişafında böyük rol oynayır. Qazaxıstan gələn il Türk Ticarət və Sənaye Palatasına sədrlik edəcək, həmçinin bu sahədə yeni əməkdaşlıq təklif edəcək. Bu gün Qazaxıstandan beş beynəlxalq dəmiryolu dəhlizi keçir. Biz Şimal və Cənub, Şərq və Qərbin kəsişmə nöqtəsində yerləşirik. Hazırda Asiya və Avropa arasında daşınan yüklərin 85 faizi Qazaxıstan ərazisindən keçir. Bu yaxınlarda yeni dəmiryolu xətti də istifadəyə verilib. Yeni xətt yük tutumunu beş dəfə artırmağa xidmət edəcək", - o əlavə edib.

Qazaxıstanın bu palataya sədrliyi ilə əlaqədar olaraq Astana konkret prioritet layihələrin göstəriləcəyi sənaye kooperasiyası proqramının qəbul olunmasını təklif edir.

K.Tokayev, həmçinin Türk İnvestisiya Fondunun əhəmiyyətinə toxunub:

"Bu maliyyə institutunun imkanlarından maksimum istifadə etmək lazımdır. Bu il Türküstanda ölkələrimizin iqtisadiyyat və ticarət nazirlərinin görüşü keçiriləcək. Hesab edirəm ki, bu tədbir çərçivəsində Fond tərəfindən maliyyələşdiriləcək layihələrin siyahısını tərtib etmək məqsədəuyğun olardı. İqtisadiyyatlarımızın şaxələndirilməsində sənaye sahəsində əməkdaşlıq əhəmiyyətli rol oynayır".

Son xəbərlər

Bütün Xəbər Lenti