"AL BARAKA Bank": İslam maliyyələşməsində əsas prioritet lisenziyaların yaradılması olmalıdır

Maliyyə
  • 07 oktyabr, 2025
  • 15:53
AL BARAKA Bank: İslam maliyyələşməsində əsas prioritet lisenziyaların yaradılması olmalıdır

Azərbaycanda islam maliyyələşməsində əsas prioritet lisenziyaların yaradılmasına verilməlidir.

"Report" xəbər verir ki, bunu Pakistanın "AL BARAKA Bank"nın Şəriət Müşahidə Şurasının üzvü Muhammad Khalid Hasani Bakıda keçirilən II Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində "İnkişaf etməkdə olan bazarlarda İslam maliyyəsi üçün rəqabətli mühitin yaradılması: müxtəlif regionların təcrübəsi və çıxarılan dərslər" mövzusunda panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, əvvəlcə ekosistem qurmaq lazımdır, çünki hər seqmentin öz ölçüləri var: "Məsələn, islam maliyyəsi, təkafül, halal sənayesi və sukuk, kapital bazarı. Azərbaycan Mərkəzi Bankın nümayəndəsinin də qeyd etdiyi kimi, onlar bu mənzərəni və bu strateji yol xəritəsini yaxşılaşdırmaq üçün Pakistan Mərkəzi Bankı ilə işləyirlər. Beləliklə, mənim fikrimcə, birinci prioritet islam maliyyələşdirmə lisenziyalarının yaradılması olmalıdır. Çünki banklar islam maliyyə layihələrinin maliyyələşdirilməsi üçün vəsait və əsas təmin etmək üçün lövbər mövqeyini tuturlar".

O hesab edir ki, daha sonra digər layihələrin maliyyələşdirilməsi üçün sukuku strukturlaşdırmaq olar: "Bundan sonra bütün islam maliyyə sistemini təkmilləşdirmək üçün təkafül sektorunu inkişaf etdirə bilərik".

Son xəbərlər

Bütün Xəbər Lenti