Azərbaycanda tekstil və geyim istehsalı kəskin artım nümayiş etdirir

Sənaye
  • 07 oktyabr, 2025
  • 15:47
Azərbaycanda tekstil və geyim istehsalı kəskin artım nümayiş etdirir

Tekstil və geyim üzrə daxili istehsalda partlayış xarakterli artım müşahidə olunur.

"Report" xəbər verir ki, bunu SİAR Araşdırma və Konsaltinq qrupunun partnyoru Əşrəf Hacıyev Bakıda "Tekstil Sektorunun İnkişafı və Qlobal İnteqrasiyasının Təşviqi" adlı seminarda deyib.

Onun sözlərinə görə, güclü istehsal tempi sənayenin potensialını və imkanlarını nümayiş etdirir: "Bu ilin yanvar–aprel aylarında tekstil istehsalı 18,7 %, geyim istehsalı 42,8 % artıb".

Ə.Hacıyev qeyd edib ki, 5 məhsul kateqoriyasında istehsal həcmi 200 %-dən çox artım göstərib: "Kişi və yaxud oğlan uşaqları üçün toxunmuş (trikotaj) köynəklər – 254 %, qadın və ya qız uşaqları üçün toxunmuş trikotaj köynəklər – 155 %, kişi və yaxud oğlan uşaqları üçün kostyumlar (pambıqdan və yaxud süni liflərdən hazırlanmış, sənaye və ya peşəkar geyimlər daxil olmaqla) 206 % artım nümayiş etdirib".

Son xəbərlər

Bütün Xəbər Lenti