Tehranda Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşü keçiriləcək
Xarici siyasət
- 23 sentyabr, 2021
- 06:37

Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında görüş keçirilib.
“Report” xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.
Bildirilib ki, BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutan görüşdə tərəflər Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin toplantısının keçirilməsinə dair razılıq əldə ediblər.
Nazirlər regional məsələləri müzakirə edib və qeyd olunub ki, indi iki ölkə arasında məsləhətləşmələrə daha çox ehtiyac var.
Məlumata görə, Mövlud Çavuşoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İran Prezidenti İbrahim Rəisini ölkəsinə səfərə dəvət məktubunu Hüseyn Əmirabdullahiana təqdim edib.
Son xəbərlər
11:33
Nikol Paşinyan: Cənubi Qafqaz ölkələrinin taleləri müəyyən dərəcədə bir-biri ilə bağlıdır
Region11:31
Portuqaliyalı səyyah: Qarabağda insanlar nəhayət sülh şəraitində yaşayır
Qarabağ11:29
AMB neft-qaz qiymətləri ilə bağlı proqnozunu azaltmaqda davam edir
Maliyyə11:27
Ayxan Hacızadə TDT-yə üzv və müşahidəçi ölkələrin diplomatları ilə görüşüb
Xarici siyasət11:27
Baş nazir: Trampla Putinin Budapeştdəki görüşünə hazırlıq davam edir
Digər ölkələr11:26
Azərbaycanda müxtəlif amillərin inflyasiyaya təsir gücü açıqlanıb
Maliyyə11:21
Foto
Video
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə XTQ təlimi keçirilir
Hərbi11:20
Şahdağ və Kəlbəcərdə qar yağıb - FAKTİKİ HAVA
Ekologiya11:19