Azərbaycanda müxtəlif amillərin inflyasiyaya təsir gücü açıqlanıb
- 22 oktyabr, 2025
- 11:26

Azərbaycanla ticarət tərəfdaşı olan ölkələrdəki bahalaşma ölkə daxilində qiymət artımına bu il 3,12 faiz bəndi artırıcı təsir göstərib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Daxili amillərə gəlincə isə dövlət və ev təsərrüfatlarının istehlakının artması inflyasiyaya 3,35 faiz bəndi, kənd təsərüfatı məhsullarının bahalaşması 4,28 faiz bəndi artırıcı təsir edib", - deyə o qeyd edib.
AMB-nin yenilənmiş proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 6 %, 2026-cı ildə isə 5,7 % ətrafında olacağı gözlənilir.
Xatırladaq ki, bu ilin iyul ayında qurum illik inflyasiyanın 2025-ci ildə 5,7 %, 2026-cı ildə isə 5,3 % ətrafında olacağını açıqlamışdı.