Nikol Paşinyan: Azərbaycan Prezidentinə təşəkkür etməyim çox vacib irəliləyişdir

Region
  • 22 oktyabr, 2025
  • 11:19
Nikol Paşinyan: Azərbaycan Prezidentinə təşəkkür etməyim çox vacib irəliləyişdir

Ermənistanın Baş naziri Nikol Paşinyan V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etməsinin çox vacib irəliləyiş olduğunu bildirib.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, o, tarixi inkişaflara diqqət yetirməyin labüd olduğunu söyləyib:

"Hesab edirəm ki, bu, həm də burada özünü göstərir: bir il əvvəl belə bir şeyi görmədik – Ermənistanın Baş naziri Azərbaycan Prezidentinə təşəkkürünü ifadə etmirdi. İndi isə bunu edir və bu, çox vacib bir irəliləyişdir".

Xatırladaq ki, N.Paşinyan bundan əvvəl V Tbilisi İpək Yolu Forumunun açılış mərasimində çıxışı zamanı Azərbaycan Prezidentinin Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatına toxunaraq bu qərarın pozitiv olduğunu bildirmişdi.

Son xəbərlər

Bütün Xəbər Lenti