Portuqaliyalı səyyah: Qarabağda insanlar nəhayət sülh şəraitində yaşayır
- 22 oktyabr, 2025
- 11:31

Qarabağda bərpa işləri tam sürətlə davam edir və insanlar nəhayət sülh içində yaşayırlar.
"Report"un məlumatına görə, bu barədə portuqaliyalı səyyah Jo Paulo Pihoto bildirib.
O qeyd edib ki, 2021-ci ildəki səfəri zamanı bərpa işlərinin planlarını görüb: "İndi isə bütün planların həqiqətən həyata keçirildiyinin şahidi oldum. Dəyişikliklər heyranlıq doğurur".
Səyyah, həmçinin Azərbaycanın səyləri nəticəsində regionun tezliklə minalardan təmizlənəcəyinə əminliyini ifadə edib: "Ağdam demək olar ki, tamamilə minalardan təmizlənib. Bu həqiqətən təsirli bir işdir".
Qeyd edək ki, səkkiz ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan olan səyyahlar 2 gün ərzində avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət etməyi planlaşdırır.