Tahsin Ertuğruloğlu: Azərbaycan Prezidentinin Şimali Kiprə yönələn müsbət yanaşması Kipr türklərinə güc verən məsələdir

Xarici siyasət
  • 01 dekabr, 2025
  • 14:03
Tahsin Ertuğruloğlu: Azərbaycan Prezidentinin Şimali Kiprə yönələn müsbət yanaşması Kipr türklərinə güc verən məsələdir

Bütün problemlərə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin böyük bir cəsarət və səmimiyyətlə həm Şimali Kipr Türk Respublikasına, həm də onun Prezidentinə yönələn müsbət yanaşma tətbiq etməsi Kipr türklərinə güc verən məsələdir.

Bunu "Report"a müsahibəsində Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu deyib.

O qeyd edib ki, Türkiyə–Azərbaycan–Şimali Kipr üçtərəfli əməkdaşlığı müəyyən bir formada- siyasi partiyalar, parlamentlərarası dostluq qrupları və s. səviyyədə mövcuddur:

"Ancaq hələ ki rəsmi tanınma nöqtəsində deyilik. Azərbaycan bizim üçün qardaş ölkədir. Prezident İlham Əliyevin Şimali Kiprdə yaxınlığını və dəstəyini unutmaq olmaz".

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti