Maliyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib
- 01 dekabr, 2025
- 14:44
Bu gün Maliyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib.
"Report" nazirliyə istinadən xəbər verir ki, iclasda Şuranın fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılıb, təşkilati məsələlərə baxılıb, sədr, sədr müavini və katib vəzifələrinə seçki keçirilib.
İki il müddətində fəaliyyət göstərəcək İctimai Şuraya iqtisadçı alim, professor İnqilab Əhmədov sədr, "Professional Maliyyə Menecerləri Assosiasiyası" İctimai Birliyinin (İB) sədri Nuriyyə Novruzova sədr müavini, "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İB-nin üzvü, jurnalist Anar Əzizov isə katib seçilib.
İclas çərçivəsində Şuranın iş planının müzakirəsi aparılıb, Şura üzvləri təşkilati məsələlərlə bağlı rəy və təkliflər səsləndirib.
Bu il noyabrın 13-də İctimai Şuranın tərkibinin formalaşdırılması üçün seçkilər keçirilib və nəticədə 7 vətəndaş cəmiyyəti institutunun nümayəndəsi şuraya üzv seçilib.