Azərbaycan Qazaxıstana pomidor satışını bərpa edib
- 01 dekabr, 2025
- 14:42
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 157,2 milyon ABŞ dolları dəyərində 144 029 ton pomidor ixrac edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 23 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 150 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 10 % çox) 139 251 ton (+21 %), Belarusa 5,1 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 2 min 310 ton (+2,1 dəfə), Gürcüstana 1,1 milyon ABŞ dolları dəyərində (+19 dəfə) 1 min 588 ton (+28 dəfə), Polşaya 956 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 642 ton (+2,5 dəfə), Ukraynaya 187 min ABŞ dolları dəyərində (+4,3 dəfə) 167 ton (+5 dəfə) məhsul satıb.
Azərbaycan 2 il 3 aylıq fasilənin ardından Qazaxıstana pomidor tədarükünü (13,5 min ABŞ dolları dəyərində 16,83 ton) bərpa edib.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 145,6 min ton pomidorun 97,4 %-i Rusiyanın payına düşüb.