Səfir: Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi 700 milyon dollar təşkil edir

Xarici siyasət
  • 01 dekabr, 2025
  • 19:52
Səfir: Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi 700 milyon dollar təşkil edir

Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi 700 milyon ABŞ dolları təşkil edir.

"Report" xəbər verir ki, bunu Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare ölkəsinin Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Diplomat Rumıniya-Azərbaycan əlaqələrindən söz açaraq rəsmi Buxarestin 2009-cu ildə Bakı ilə strateji tərəfdaşlıq sazişi imzalayan ilk Avropa İttifaqı ölkəsi olduğunu diqqətə çatıdırb.

"2024-cü ildə Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi 700 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2025-ci ildə də demək olar eynidir", - V. Soare əlavə edib.

Səfir bildirib ki, Rumıniya, Gürcüstan, Azərbaycan və Türkmənistan arasında nəqliyyat və kommunikasiya sahəsində Qara Dəniz - Xəzər Dənizi Nəqliyyat Marşrutunun yaradılması ilə bağlı hökumətlərarası sazişin tezliklə Konstanta şəhərində imzalanması Orta Dəhlizin əhəmiyyətinin artmasına xidmət edəcək:

"Bu, Bakı və Konstansa limanlarının Avropa ilə Qafqaz-Orta Asiya arasında birbaşa bağlantını təmin edəcək nəqliyyat mərkəzi kimi xəritəyə daxil edilməsinə imkan verəcək".

V.Soare həmçinin ölkəsinin NATO, Avropa İttifaqı kimi bir sıra beynəlxalq təşkilatların fəal üzvü olmasından və 2025-ci ildə Şengen zonasına qoşulmasından danışaraq büynəlxalq əlaqələrinin çox güclü olduğunu söyləyib.

Son xəbərlər

Bütün Xəbər Lenti