Makron: Yalnız Ukraynanın ərazi ilə bağlı danışıqlar aparmaq hüququ var

Digər ölkələr
  • 01 dekabr, 2025
  • 20:41
Makron: Yalnız Ukraynanın ərazi ilə bağlı danışıqlar aparmaq hüququ var

Yalnız Ukrayna öz ölkəsinin ərazi məsələlərini müzakirə etmək hüququna malikdir.

"Report" "Le Monde"yə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ABŞ vasitəçi rolunu öz üzərinə götürüb və o, Donald Trampın rəhbərliyi altında ABŞ komandasının işini yüksək qiymətləndirir: "Söhbət sülhdən gedəndə hər kəsin öz rolu var, lakin ərazi məsələsini müzakirə edə biləcək yeganə tərəf Ukraynadır".

Makron həmçinin dəqiqləşdirib ki, hələlik yekun sülh planı mövcud deyil: "Bu günə qədər ərazilər məsələsini də əhatə edən tamamlama­mış plan yoxdur. Onu yalnız Prezident Zelenski təsdiqləyə bilər. ABŞ-dən olan vasitəçilər yaxın vaxtlarda Moskvaya yollanacaqlar".

O əlavə edib ki, son dövrlərdə ilk dəfə olaraq Rusiyaya təzyiq göstərmək üçün neft-qaz sektoru vasitəsilə həqiqətən bütöv yanaşma tətbiq olunur: "Biz bilirik ki, Rusiyanın hərbi səylərinin 40 %-i "kölgə donanması" vasitəsilə maliyyələşdirilir. Birincisi, irəliləyiş ABŞ-nin sanksiyalarla bağlı son qərarı ilə bağlıdır, ikincisi isə "kölgə donanması"na təzyiqin güclənməsi ilə. Buna görə də əminəm ki, yaxın həftələrdə Rusiya iqtisadiyyatına və onun hərbi əməliyyatları maliyyələşdirmək imkanına təzyiq əhəmiyyətli dərəcədə dəyişəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti