Rumıniyalı sabiq nazir: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsini tələb edirik

Xarici siyasət
  • 09 oktyabr, 2025
  • 11:25
Rumıniyalı sabiq nazir: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsini tələb edirik

Vaşinqton bəyannaməsi müasir dünya üçün nümunə, böyük münaqişənin sonudur.

"Report" xəbər verir ki, bunu Rumıniyanın keçmiş ədliyyə naziri Ana Birçal Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Vaşinqton bəyannaməsi Azərbaycanın qələbəsidir:

"Bu münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edirəm. 30 ildir ki, öz torpaqlarından didərgin düşən şəxslər artıq öz torpaqlarına geri qayıdır. Hazırda 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsi ilə bağlı də işlər görülür. Biz də itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsini tələb edirik. Azərbaycan və Ermənistanın adiyyəti qurumları itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi istiqamətində işlər aparır. Bundan sonra da səmərəli işlər görmək lazımdır. Azərbaycan etibarlı tərəfdaşdır".

Son xəbərlər

Bütün Xəbər Lenti