İmişlidə yol qəzasında xəsarət alanların şəxsiyyəti bilinib - YENİLƏNİB-2

Hadisə
  • 09 oktyabr, 2025
  • 18:27
İmişlidə yol qəzasında xəsarət alanların şəxsiyyəti bilinib - YENİLƏNİB-2

İmişli rayonunun Məzrəli kəndi ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, Cəbrayıl rayon sakini, 2004-cü il təvəllüdlü Məhərrəmov Sahib Araz oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobilə İmişli rayon sakini, 1968-ci il təvəllüdlü Əhmədov Qənbər Həsən oğlunun idarə etdiyi eyni markalı digər minik avtomobili toqquşub, nəticədə sürücülərdən biri S.Məhərrəmov ölüb.

Onun avtomobilində olan Cəbrayıl rayon sakinləri - sərnişinlər 2001-ci il təvəllüdlü İbayeva Nigar İlham qızı, 1995-ci il təvəllüdlü İbayev Rəşad Bakir oğlu, 2023-cü il təvəllüdlü İbayev Renad Rəşad oğlu və 1973-cü il təvəllüdlü Gülmalıyeva Tamaşa Əkbər qızı xəsarət alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

İmişli rayonunun Məzrəli kəndi ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində ölən şəxsin kimliyi məlum olub..

"Report"un Muğan bürosunun məlumatına görə, qəza zamanı ölən şəxs Cəbrayıl rayon sakini, 2004-ci il təvəllüdlü

Məhərrəmov Sahil Araz oğludur. Onun toqquşan avtomobillərdən birinin sürücüsü olduğu bildirilir.

Həmçinin qəza nəticəsində dörd nəfər xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İmişli rayonunda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişlinin Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, bu gün saat 14:00 radələrində rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 5 nəfər (1-i uşaq olmaqla 3-ü kişi, 2-si qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara kəllə əsasının sınığı, daxili orqanların zədələnməsi, travmatik şok, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 4 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Zəruri instrumental-diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 2004-cü il təvəllüdlü şəxsin (kişi) ölüm faktı qeydə alınıb.

Son xəbərlər

Bütün Xəbər Lenti