Putin: Rusiya İsrailin İranla sülh yolu ilə nizamlanmaya can atdığını görür
- 09 oktyabr, 2025
- 18:32

Moskva İsraillə etimada əsaslanan təmasları davam etdirir və yəhudi dövlətinin rəhbərliyindən İranla sülh yolu ilə nizamlanmaya hazır olduğuna dair siqnallar alır.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Mərkəzi Asiya - Rusiya" sammitində bildirib.
"Biz İsraillə etimada əsaslanan təmasları davam etdirir və İsrail rəhbərliyindən iranlı dostlarımıza çatdırmaq xahişi ilə siqnallar alırıq. Bu siqnallara əsasən, İsrail nizamlanmaya meyillidir və heç bir qarşıdurmada maraqlı deyil", - o vurğulayıb.
Moskva İranın nüvə probleminin həlli üçün Tehranla sıx təmasdadır.
"İranın nüvə proqramı ətrafındakı vəziyyətin həlli yalnız diplomatiya və danışıqlar yolu ilə mümkündür. Buna ağlabatan alternativ mövcud deyil, biz iranlı tərəfdaşlarla sıx təmasdayıq və onların qarşılıqlı məqbul həll axtarışına və AEBA ilə konstruktiv əməkdaşlığın bərpasına kökləndiyini hiss edirik", - Putin vurğulayıb.