BƏƏ-li eksperti: "Azərbaycan kibertəlimlərin nümunəvi formatını nümayiş etdirib"
- 09 oktyabr, 2025
- 18:33

Azərbaycan komandası tərəfindən təşkil edilən "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (CIDC-2025) beynəlxalq kibertəlimlərin necə keçirilməli olduğuna dair parlaq nümunə olub.
"Report"un məlumatına görə, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin İnformasiya Təhlükəsizliyi Xidmətinin baş meneceri Məhəmməd Buşlaybi CIDC-2025 tədbiri çərçivəsində keçirilən konfransda bildirib.
"Şirkətimizin əməkdaşları "mavi komanda" kimi təlimlərdə iştirak ediblər, lakin eyni zamanda onlar pentesting üsullarına mükəmməl şəkildə yiyələniblər, insidentlərə cavab verməyi bacarıblar və idarəetmə proseslərinə cəlb olunublar.
Beləliklə, pazlın çatışmayan elementi realizmdir. Azərbaycan tərəfindən təşkil edilən bu kibermüharibə birgə kibertəlimlərin necə keçirilməli olduğuna bariz nümunə oldu", - M. Buşlaybi qeyd edib.