Slovakiya Prezidenti: Azərbaycanla ticarət dövriyyəsində ciddi artım var

Xarici siyasət
  • 08 dekabr, 2025
  • 18:49
Slovakiya Prezidenti: Azərbaycanla ticarət dövriyyəsində ciddi artım var

Azərbaycan və Slovakiya arasında ticarət dövriyyəsində ciddi artım var.

"Report"un Slovakiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatlarında deyib.

O qeyd edib ki, iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq münasibəti əlaqələrin daha da inkişafına mühüm töhfə verir:

"Slovak xalqı adından Azərbaycan Prezidentini və xalqını təbrik etmək istərdim. Uzun illərdən sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflanıb. Azərbaycan bu gün sülh şəraitində yaşayır".

Son xəbərlər

Bütün Xəbər Lenti